Zelenski inkar etdi: Tramp Avropa liderlərini təhdid etməyib


Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Avropa liderlərinə Ukraynaya yardımı dayandırmaq üçün təzyiq göstərdiyi barədə iddiaları təkzib edib.

Turkustan.az xəbər verir ki, dövlət başçısı bunu Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq ilə görüşündə bildirib.

ABŞ prezidentinin noyabrın 19-da Berlində keçirilən danışıqlar zamanı Avropa liderlərindən Ukraynaya yardımı dayandırmağı tələb edib-etməməsi ilə bağlı suala cavab verən Zelenski Trampın heç kimi təhdid etdiyini eşitmədiyini deyib.

“ABŞ prezidentinə gəldikdə isə, onun heç kimi təhdid etdiyini eşitmədim. Xeyr, qətiyyən. Düzünü desək, onun verdiyi mesaj bir qədər fərqli idi. O dedi ki, Avropa çox pul xərcləyir və müharibə bitdikdən sonra bu vəsaiti özünə xərcləyə bilər. Təxminən belə bir kontekstdə danışdı. Yəni, bu, təhdid kimi səslənmədi”, – deyə, Zelenski bildirib.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ