İmamoğludan Özəlin qərarına reaksiya: Hökuməti yox, sülhü dəstəkləyirəm!


Əkrəm İmamoğlu Türkiyədə “Terrorsuz Türkiyə” prosesi ilə bağlı açıqlama verib.

Turkustan.az xəbər verir ki, Silivri Həbsxanasında saxlanılan İmamoğlu həbsxanadan bir media orqanı üçün məqalə yazaraq prosesi dəstəklədiyini bildirib.

İmamoğlu silahların susdurulmasını dəstəklədiyini, lakin davamlı sülhün yalnız demokratik hüquqların təmin edilməsi və bərabər vətəndaşlıq prinsipi əsasında mümkün olduğunu vurğulayıb.

“Mən hökuməti dəstəkləmirəm, amma bəli, sülh və əmin-amanlığı dəstəkləyirəm. Bu ikisi eyni şey deyil”, – deyə o qeyd edib.

İmamoğlunun açıqlaması komissiyanın qərarından sonra yeni CHP sədri Özgür Özəlin “Terrorsuz Türkiyə” prosesi ilə bağlı səsləndirdiyi fikirlərin gündəmə gəldiyi vaxta təsadüf edib.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ