Perunun Junin bölgəsində 6,7 bal gücündə zəlzələ baş verib.
Turkustan.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Junin bölgəsinin Karhuamayo şəhərindən 9 kilometr şimal-şərqdə yerləşib.
108 kilometr dərinlikdə qeydə alınan yeraltı təkanlar Junin bölgəsi ilə yanaşı, paytaxt Lima şəhərində də hiss olunub.
Milli Mülki Müdafiə İnstitutu (INDECI) zəlzələdən sonra indiyədək hər hansı insan tələfatı və ya maddi ziyanın qeydə alınmadığını açıqlayıb.
Aytən Yaşar/Turkustan.az