Avropanın 25-dən çox ölkəsində gənclər artan yaşayış xərclərinə, mənzil probleminə və hərbi xərclərin artırılmasına etiraz olaraq küçələrə çıxıblar.
Turkustan.az xəbər verir ki, Fransa, Böyük Britaniya və Almaniya da daxil olmaqla bir sıra ölkələrdə eyni vaxtda keçirilən aksiyalarda 50-dən çox gənclər və tələbə təşkilatı iştirak edib.
“Müharibələr üçün deyil, gələcəyimiz üçün mübarizə aparırıq” şüarı altında keçirilən nümayişlərdə hökumətlərdən hərbi xərclərin azaldılması, təhsilə daha çox vəsait ayrılması, hamı üçün mənzil hüququnun təmin edilməsi və artan yaşayış xərclərinə qarşı tədbirlər görülməsi tələb olunub.
Aytən Yaşar/ Turkustan.az