İstanbul Respublika Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlərə Qarşı Mübarizə Bürosu tərəfindən aparılan geniş araşdırma sənət və əyləncə aləmində böyük səs-küyə səbəb olub.
Turkustan.az xəbər verir ki, Hadisə, Dilan Polat, Engin Polat, İrem Derici, Kubilay Aka və Özge Özpirinççi də daxil olmaqla, çox sayda tanınmış sima gəlirləri, peşələri, sosial şəbəkələrdəki paylaşımları və narkotiklə əlaqəsi ilə bağlı sorğu-sual edilib.
Ekol TV-nin məlumatına görə, məşhur müğənni Hadisə açıqlamasında aylıq gəlirinin 700-800 min lirə (28 581 – 32 664 AZN) arasında olduğunu bildirib. Sənətçi narkotiklə heç bir əlaqəsinin olmadığını vurğulayaraq deyib:
"Narkotiklə heç bir əlaqəm yoxdur. Həyatımda stimullaşdırıcı vasitələrdən istifadə etməmişəm. Sosial şəbəkələrdə heç vaxt stimullaşdırıcı maddələrlə bağlı nəsə paylaşmamışam, nə sitat gətirmişəm, nə də təkrar paylaşmışam. Heç vaxt stimullaşdırıcı vasitələrdən istifadə olunan mühitdə olmamışam, onları satan insanlarla görüşməmişəm və bu istiqamətdə pul köçürməmişəm".
Aytən Yaşar/ Turkustan.az