Dünyanın ən çoxuşaqlı qadını: 44 övladı var


Dünyanın ən məhsuldar qadınını görənlər gözlərinə inana bilmirlər! Ən çox uşağı olan qadın Mariem Nabatanzinin 44 uşağı var. Uqandada yaşayan və 6 uşağını itirən Nabatanzinin çox nadir xəstəliyə tutulduğu üçün bu qədər övladı var. Digər tərəfdən, 40 yaşlı qadının həyat hekayəsi emosionaldır.

Uqandanın Kampala şəhərindəki xəstəxananın ginekoloqu Dr. Çarlz Kiqqundunun fikrincə, Nabatanzinin bu vəziyyəti irsi xarakter daşıyır. Bu arada, Nabatanzinin bütün uşaqları 2016-cı ildə onu tərk edən ərindəndir. Keçmiş həyat yoldaşından danışan qadın "Göz yaşı içində böyüdüm. Yoldaşım mənə çox əziyyət verdi. Bütün vaxtım uşaqlara baxmaq və bir az pul qazanmaq üçün işləməklə keçdi" deyib.

Övladları analarını qəhrəman kimi görürlər. Nabatanzilər uşaqlarının qayğısına qalmaq üçün əllərindən gələni edirdilər. O, qırıntıları toplayır, bərbər işləyir, bitki mənşəli dərmanlar satır.

20 yaşının ortalarında olan böyük övladı İvan anasının maddi imkanları tükəndikdən sonra məktəbi tərk etməli oldu. "İş anamı əzir. Yemək bişirmək, camaşırxana kimi işlərdə əlimizdən gəldiyi qədər kömək edirik. Amma yenə də ailənin bütün yükü onun üzərinə düşür".

Şiddətli yumurtalıq hiperstimulyasiya sindromu olduqca nadir bir xəstəlikdir. Bu xəstəlik insanların həyatını ciddi şəkildə təhdid edir. İnsanlarda qarın və ya döş qəfəsində maye yığılması, qan laxtalanması, böyrək çatışmazlığı və xəstəlik səbəbindən tənəffüs problemləri ola bilər.

Hazırladı: Eltac Zülfüqaroğlu/Turkustan.az

Mənbə: sabah.com.tr


MANŞET XƏBƏRLƏRİ