Eldar Əzizovun oğluna yüksək vəzifə verildi


Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin edilib.

Turkustan.az Report-a istinadla xəbər verir ki, müvafiq əmrlə bu vəzifəyə Şamil Əzizov gətirilib.

Qeyd edək ki, bununla nazirin müşavirlərinin sayı üçə çatıb.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, Şamil Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun oğludur.

Şamil Əzizov bundan əvvəl Heydər Əliyev Mərkəzində direktorun köməkçisi, həmçinin Heydər Əliyev Fondunun icraçı direktorunun köməkçisi vəzifələrində çalışıb. Hazırda o, Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazirin müşaviri kimi fəaliyyət göstərəcək.


MANŞET XƏBƏRLƏRİ