Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqes prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edib.
Turkustan.az xəbər verir ki, məlumata görə, Rodriqes İstanbulda Ərdoğanla görüşərək Türkiyə-Venesuela münasibətlərinin hazırkı vəziyyəti, əməkdaşlıq imkanları, eləcə də regional və qlobal gündəmdəki məsələləri müzakirə edəcək.
Prezident Administrasiyasının Kommunikasiya Direktoru Burhanəddin Duran bildirib ki, görüşlər zamanı iki ölkə arasında çoxşaxəli əlaqələr nəzərdən keçiriləcək, əməkdaşlığın daha da genişləndirilməsi üçün atıla biləcək addımlar qiymətləndiriləcək. Həmçinin regional və beynəlxalq proseslər ətrafında fikir mübadiləsi aparılacaq.
Rodriqesi İstanbul Hava Limanında Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar qarşılayıb.
Rodriqes Venesuelada müvəqqəti prezident vəzifəsini Nikolas Maduronun ABŞ qüvvələri tərəfindən saxlanılmasından sonra icra etməyə başlayıb.
Aytən Yaşar/ Turkustan,az