Pakistanın Turbat şəhərində baş verən partlayış nəticəsində üç nəfər həlak olub.
Turkustan.az xəbər verir ki, “Dawn” qəzetinin məlumatına görə, Turbatda avtomobil yolunun kənarına yerləşdirilmiş əldəqayırma partlayıcı qurğu nəqliyyat vasitələri keçərkən işə düşüb.
Hadisə yerinə göndərilən səlahiyyətlilər hücum nəticəsində üç nəfərin öldüyünü, bir nəfərin isə yaralandığını açıqlayıblar.
Lazımi hüquqi prosedurlar başa çatdıqdan sonra cəsədlər qohumlarına təhvil verilib.
Aytən Yaşar/ Turkustan.az