Ermənistanda keçirilən parlament seçkilərinin son nəticələri 14 iyunda elan ediləcək.
Turkustan.az xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyası məlumat verib.
Qeyd edək ki, 7 iyunda Ermənistanda parlament seçkiləri keçirilib. Ermənistan MSK-nın elan etdiyi ilkin nəticəyə görə, Paşinyanın Mülki Müqavilə Partiyası 48,82% səslə qalib gəlib və 105 yerlik parlamentdə 64 mandat əldə edib. /axar.az/