İran tərəfindən atılan raketlər hava hücumundan müdafiə sistemləri vasitəsilə zərərsizləşdirilib.
Turkustan.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Bununla yanaşı, İran hərbi rəhbərliyi bəyan edib ki, əgər İsrail cavab zərbələri endirsə və Livanın cənubuna hücumları dayandırmasa, Tehran daha dağıdıcı hücumlara əl atacaq.
İsrailin milli təhlükəsizlik naziri Ben-Qvir isə X sosial şəbəkəsində İranın hücumlarına sərt reaksiya verib. O paylaşımında “Bu gecə Tehran yanmalıdır!” ifadələrini işlədib./modern.az