İsrailin müdafiə naziri Yisrael Katz bildirib ki, İsrail şimaldakı yaşayış məntəqələrinə mümkün hücumlara cavab olaraq Livanın paytaxtı Beyrutun Dahiye bölgəsini hədəf ala bilər.
Turkustan.az xəbər verir ki, Katzın sözlərinə görə, atəşkəsə baxmayaraq İsrail qüvvələri Livana qarşı əməliyyatları davam etdirəcək. O qeyd edib ki, “Dahiyenin taleyi İsrailin şimalındakı yaşayış məntəqələrinin taleyi ilə eynidir” və bu bölgələrə hücum olacağı təqdirdə Beyrutun Dahiye bölgəsinə zərbələr endiriləcək.
Müdafiə naziri həmçinin Livan istiqamətindəki gərginliklə bağlı İranın mümkün reaksiyasının da “sərt cavabla” qarşılanacağını bildirib.
İsrail mediasının məlumatına görə, Baş nazir Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın tələbi ilə İrana hücumların dayandırılmasına razılaşıb, lakin Livana qarşı əməliyyatların “tam güclə” davam etdirilməsi planlaşdırılır.
Aytən Yaşar/ Turkustan.az