Bu ay Ukraynaya verilən 5,9 milyard avroluq kreditin ilk tranşının ödənişi dronların alınmasına yönəldiləcək.
Turkustan.az xəbər verir ki, bunu Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bazar ertəsi, iyunun 8-də Kiprdə keçirilən Aİ müdafiə nazirlərinin qeyri-rəsmi görüşü zamanı bildirib .
"Ukrayna üçün ayrılan 90 milyard avroluq kredit artıq verilməyə hazırdır və 5,9 milyard avroluq ilk tranş bu ay dronların alınmasına istifadə olunacaq. Maliyyələşdirməni bölüşdürərkən Ukraynanın ehtiyacları ən vacib prioritetdir", - deyə o bildirib.
Aytən Yaşar/ Turkustan.az