İrandan ABŞ-a ŞOK TƏHDİD: Bədəlini ödəyə biləcəksiniz?


İran və İsrail arasında gərginliyin yenidən artdığı bir vaxtda Tehran administrasiyası ABŞ-a ünvanlanan təhdid xarakterli video yayımlayıb.

Turkustan.az xəbər verir ki, İran dövlət televiziyasında nümayiş etdirilən videoda ABŞ-ın Kaliforniya, Texas və Yeni Orlean bölgələrində yerləşən neft emalı zavodları, eləcə də Hind okeanındakı Dieqo Qarsiya hərbi bazası potensial hədəflər kimi göstərilib.

Videoda Vaşinqtona birbaşa xəbərdarlıq da yer alıb: “Əgər ABŞ regiondan kənar müharibə ilə bağlı bu xəbərdarlığı nəzərə almasa, bunun nəticələrinə tab gətirə biləcəkmi?”

Bəzi ekspertlər hesab edirlər ki, bu mesajın məqsədi ABŞ-a İsraili dəstəkləyərək münaqişəyə birbaşa qoşulacağı təqdirdə qlobal enerji və logistika sahəsində ciddi risklərlə üzləşə biləcəyi barədə siqnal verməkdir.

Bu arada ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə gərginliyin yenidən yüksəlməsi fonunda tərəfləri təmkinə çağırıb.

Tramp bildirib ki, İsrail və İran arasında atəş dərhal dayandırılmalı və münaqişənin daha da genişlənməsinin qarşısı alınmalıdır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ