10 məşhurun ​​narkotik testi müsbət çıxdı! Siyahıda təəccüblü adlar var


Türkiyədə məşhurlarla bağlı narkotik istintaqı: ekspertiza nəticələri açıqlandı

Turkustan.az xəbər verir ki, Bakırköy Respublika Baş Prokurorluğunun apardığı narkotik istintaqı çərçivəsində 20 şübhəli saxlanılıb, “məşhurların həkimi” kimi tanınan Mehmet Rahşan həbs edilib.

Məhkəmə Tibbi Ekspertiza İnstitutunun hazırladığı rəyə əsasən, analiz nümunələrində 10 nəfərdə narkotik maddə istifadəsi aşkar olunub. Nəticələrdə bəzi tanınmış şəxslərin qan, sidik və saç nümunələrində kokain və kannabis izlərinə rast gəlinib.

İstintaqın davam etdiyi bildirilir.

Prokurorluğa təqdim edilən ekspertiza rəylərində aşağıdakı nəticələr yer alıb:

Fatih Karaca (Mabel Matiz) – sidik və saç nümunələrində kokain aşkarlanıb;
Volkan Bahçekapılı – saç nümunəsində kokain aşkarlanıb;
Aslıhan Turanlı – sidik və saç nümunələrində kokain aşkarlanıb;
Yağmur Ünal – saç nümunəsində kokain aşkarlanıb;
Semiha Bezek – saç nümunəsində kokain aşkarlanıb;
Eda Dora – qan, sidik və saç nümunələrində kokain aşkarlanıb;
Aycan Yağcı – sidik nümunəsində kannabis (THC), saç nümunəsində isə kokain aşkarlanıb;
Tarık Tunca Bakır – saç nümunəsində kokain aşkarlanıb;
Yasemin İkbal – saç nümunəsində kokain aşkarlanıb;
Eren Kesimer – saç nümunəsində kokain aşkarlanıb.

İstintaqın davam etdiyi bildirilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ