İsrail və ABŞ-ın vasitəçilər vasitəsilə İrana "əgər raket hücumlarını dayandırsa, yeni cavab zərbələri olmayacaq" mesajı çatdırdığı iddia edilib.
Turkustan.az xəbər verir ki, "İsrail Hayom" qəzetinin məlumatına görə, İran Silahlı Qüvvələrinin hərbi əməliyyatlar aparan bölməsi olan Xatəm əl-Ənbiya Qərargahının "İsrailə qarşı hərbi əməliyyatların dayandırıldığı" barədə açıqlaması bu mesajın çatdırılmasından sonra verilib.
Məlumata görə, diplomatik mənbə iddia edir ki, İsrail və ABŞ vasitəçilər vasitəsilə İrana "İran raket atışlarını bərpa etmədikcə, daha heç bir hava hücumu həyata keçirilməyəcək" mesajı çatdırıblar.
Aytən Yaşar/ Turkustan.az