Təyyarədə çaxnaşma: Sərnişin qapını açmağa çalışdı


ABŞ-da American Airlines-a məxsus təyyarə uçuş zamanı sərnişinin təcili yardım qapısını açmağa cəhd etməsindən sonra Nyu-Meksikoya qayıtmalı olub.

Turkustan.az xəbər verir ki, ABŞ-da təyyarədə qorxulu anlar yaşanıb. Sərnişin havaya qalxdıqdan təxminən 30 dəqiqə sonra təcili yardım qapısını açmağa cəhd edib.

Fox News-un məlumatına görə, Federal Aviasiya Administrasiyası (FAA) və American Airlines Çikaqo Beynəlxalq Hava Limanına uçan təyyarənin Nyu Meksikoya dönərək məcburi eniş etdiyini təsdiqləyib.

Bildirilib ki, hadisəyə səbəb olan sərnişin qəza qapısını açmağa cəhd etməmişdən əvvəl təyyarədən düşmək istədiyini bildirib. Qeyd olunub ki, qəza qapısını itələyən şəxsə təyyarədəki digər sərnişinlər müdaxilə edib, stüardessa isə ehtiyat tədbiri olaraq sərnişinin ayaqlarını lentlə yapışdırıb və elastik qandallardan istifadə edib.

Hadisədən sonra təyyarədə olan sərnişin Albuquerque International Sunport-a qayıdıb və yerli hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ