Şəmkirdə parçalanmış meyit tapıldı


Şəmkirdə vəhşi heyvanlar tərəfindən parçalandığı ehtimal edilən şəxslə bağlı bəzi təfərrüat məlum olub.

Turkustan.az-ın məlumatına görə, rayonun Ağdağlar adlanan ərazisində meyiti tapılan 1983-cü il təvəllüdlü İlqar Məmmədov Gədəbəy rayonunun Düzyurd kənd sakinidir. Onun tüfeyli həyat tərzi keçirdiyi bildirilir.

Qeyd edək ki, meyitin üzərində zorakılıq əlamətləri aşkarlanıb. Ehtimal edilir ki, meyit vəhşi heyvanlar tərəfindən parçalanıb.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Şəmkirdə vəhşi heyvanlar tərəfindən parçalanan meyit tapılıb.

Turkustan.az-ın məlumatına görə, Şəmkir rayonunda 1983-cü il təvəllüdlü İlqar Məmmədovun meyiti aşkar edilib.

Onun vəhşi heyvanlar tərəfindən parçalandığı ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır. /Oxu.Az/


MANŞET XƏBƏRLƏRİ