Azərbaycanda əsgər xəstəlikdən öldü


Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu uzun sürən ağır xəstəlikdən vəfat edib.

Turkustan.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi məlumat yayıb.

Məlumata görə, əsgər Kərimov Rəhman Rauf oğlu uzun sürən ağır xəstəlikdən müalicədə aldığı Mərkəzi Klinik Xəstəxanada həkimlərin bütün səylərinə baxmayaraq vəfat edib.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi hərbi qulluqçunun vəfatı ilə əlaqədar ailəsinə və yaxınlarına başsağlığı verib.


MANŞET XƏBƏRLƏRİ