Aparıcı Ada Süleymanın və iş adamının oğlu Anar Kərimovun öldüyü qəzanın təfərrüatı - Video


Gecə saatlarında Bakıda tanınmış aparıcı Ada Süleymanova və tanışının öldükləri qəza ilə bağlı bəzi təfərrüat məlum olub.

Məlumata görə, Ada Süleymanova məclis başa çatandan sonra ayıq sürücü sifariş edib. Ayıq sürücü vaxtında gəlib və Ada Süleymanova sürücüdən onu evlərinə aparmağı xahiş edib.

O, sürücünün xidmət haqqını da ödəyib. Lakin sonda onun tanışı Anar Kərimov ayıq sürücüdən imtina edib və aparıcını özünün aparacağını deyib. A.Kərimov ayıq sürücünü geri qaytarıb və özü sükan arxasına əyləşib. Restorandan ayrılandan təxminən 10-15 dəqiqə sonra onlar yüksək sürətlə qarşıda gedən DAF markalı yük avtomobilinə çırpılıblar. Hadisə nəticəsində sürücü və tanınmış aparıcı hadisə yerində dünyasını dəyişiblər.

11:10

Tanınmış aparıcı, qəza nəticəsində həlak olan Ada Süleymanovanın ad gününü harada qeyd etdiyi məlum olub.

Məlumata görə, aparıcı paytaxtın Səbail rayonu ərazisindəki "Narşərab" restoranında 31 yaşını qeyd edirmiş. Noyabrın 22-də saat 19:00-da başlanan ad günü məclisi gecə saat 1-ə qədər davam edib. Ad günündən sonra Ada Süleymanova qonaqlarını yola salıb, restoranın pulunu ödəyib. O, daha sonra tanışı Anar Kərimovla birlikdə avtomobillə şəhər istiqamətində hərəkət edib. Yolda sürücü Anar Kərimov idarəetməni itirərək DAF markalı yük avtomobilinə çırpılıb. Hər iki şəxs hadisə yerində ölüb.

İlkin ehtimala görə, sürücü sükan arxasında yuxulayıb və idarəetməni itirib./oxu.az


MANŞET XƏBƏRLƏRİ