Xəbər verdiyimiz kimi, bu gün saat 14 radələrində paytaxtın Sabunçu rayonu Böyükşor qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Turkustan.az xəbər verir ki, "Mercedes" markalı yük avtomobili yolun əks istiqamətində hərəkətdə olan "Volkswagen" markalı minik avtomobili ilə toqquşub.
Nəticədə 3 nəfər həyatını itirib, 1 nəfər isə xəsarət alıb.
Qəzanın anbaan görüntülərini təqdim edirik:
xxx
Bakıda Böyükşor gölü yaxınlığında baş verən qəzada 3 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.
Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
İlkin məlumata görə, "Mersedes" markalı yük maşını ilə "Volksvagen" markalı minik avtomobili toqquşub.
Faktla bağlı araşdırma aparılır.
xxx
Bakıda Böyükşor gölü yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib.
Turkustan.az Report-a istinadən xəbər verir ki, minik və yük avtomobilləri toqquşub.
Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.
Əraziyə polis əməkdaşları və təcili tibbi yardım avtomobilləri cəlb olunub.