ABŞ-ın yerə-göyə sığdırmadığı 5 ölkə: Biz onlarla fəxr edirik!


ABŞ-ın hərbi naziri Pit Heqset Pentaqonda keçirilən mətbuat konfransında İrana qarşı əməliyyatlarla bağlı diqqətçəkən açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, Heqset bölgədə hərbi fəaliyyətlərin davam etdiyini və İranın hərbi imkanlarını hədəf almağa davam etdiyini bildirib.
Pentaqonda keçirilən mətbuat konfransında çıxış edən ABŞ-ın hərbi naziri Pit Heqset bildirib ki, "Dünya, Yaxın Şərq və Avropadakı nankor müttəfiqlərimiz Trampa təşəkkür etməlidirlər".

O, həmçinin Körfəz ölkələrini tərifləyib, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn, Küveyt və Səudiyyə Ərəbistanının mövqeyini vurğulayıb və onlarla birlikdə işləməkdən qürur duyduğunu bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ