Əsl böyük dalğa gəlir! Nəhəng bankdan Qiyamət ssenarisi


Son 24 saat ərzində Yaxın Şərqdə artan gərginlik və enerji obyektlərinə yönəlmiş hücumlar qlobal neft bazarında qiymətlərin sürətlə yüksəlməsinə səbəb olub.

Turkustan.az xəbər verir ki, Brent markalı neftin bir bareli 112,80 dollara qədər qalxıb.

Əvvəlki gün qiymətlər 5,9% artaraq 109,65 dollara çatmışdı. Bu gün isə artım davam edərək 110 dollar həddini keçib və erkən ticarətdə 112,80 dollar səviyyəsi test olunub.

Gərginliyin əsas səbəblərindən biri İsrailin İranın Cənubi Pars qaz yatağına zərbə endirməsi kimi göstərilir. Bundan sonra İran və ona bağlı qüvvələrin regionun müxtəlif ölkələrində – Dubay, Qətər, Küveyt, İraq, Bəhreyn və Səudiyyə Ərəbistanında partlayışlar və dron hücumları ilə cavab verdiyi bildirilir.

ABŞ-ın böyük investisiya banklarından biri olan Citinin təhlilinə görə, mövcud vəziyyət davam edərsə, neft qiymətləri yaxın müddətdə 110–120 dollar aralığında qala bilər. Lakin münaqişə dərinləşərsə və təchizatda ciddi problemlər yaranarsa, qiymətlərin 150–200 dollar diapazonuna qədər yüksəlməsi istisna edilmir.

Xüsusilə İranın enerji infrastrukturuna hücumları genişləndirməsi və ya Hörmüz boğazında nəqliyyatın məhdudlaşdırılması ssenarisi bazarlar üçün əsas risk faktorları kimi qiymətləndirilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ