ABŞ vətəndaşlarını Səudiyyə Ərəbistanını tərk etməyə çağırdı


ABŞ təhlükəsizlik səbəbi ilə Səudiyyə Ərəbistanındakı vətəndaşlarına ölkəni tərk etməyi tövsiyə edib.

Turkustan.az xəbər verir ki, ABŞ-ın Ər-Riyaddakı səfirliyi yazılı açıqlama verərək bildirib ki, "ABŞ vətəndaşlarına təhlükəsiz səyahət edə bildikləri təqdirdə Səudiyyə Ərəbistanını kommersiya uçuşları ilə tərk etmələrini tövsiyə edirik".

Bəyanatda qeyd olunur ki, davam edən raket və pilotsuz təyyarə təhdidlərinə cavab olaraq tez-tez tətbiq edilən hava hərəkəti məhdudiyyətlərinə baxmayaraq, Səudiyyə Ərəbistanının hava məkanı açıq qalır.

Bəyanatda Ər-Riyad, Ciddə və Dammam hava limanlarının açıq və fəaliyyətdə olduğu, ABŞ vətəndaşlarının isə ölkəni təhlükəsiz şəkildə tərk etmələri tövsiyə edildiyi qeyd olunub.

Səudiyyə Ərəbistanı ABŞ-İsrail hücumlarına cavab olaraq İrandan raket və pilotsuz təyyarə hücumlarına məruz qalır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ