ABŞ-İsrail-İran münaqişəsinin 20-ci günündə raketlər ardıcıl olaraq atılmağa davam edir.
Turkustan.az xəbər verir ki, Tehranın başlatdığı yeni bir qisas dalğasında Küveytdəki neft emalı zavoduna zərbə endirilib.
Bütün diqqətlər regiona yönəlmiş İran, ABŞ prezidenti Donald Trampın quru hücumu variantlarını nəzərdən keçirdiyinə dair xəbərlərə sərt reaksiya verdi. İran açıqlamasında "Biz quru hücumuna 100 faiz hazırıq" dedi. Bəyanatda İsrail və ABŞ-a istinad edilərək "Biz bunu illərdir gözləyirdik. Sizi bu torpaqda basdıracağıq" əlavə edildi.
Aytən Yaşar/ Turkustan.az