Trampdan Netanyahuya sərt xəbərdarlıq: “İranın qazına-neftinə toxunma!”


ABŞ prezidenti Donald Tramp İran ətrafında gərginliyin artdığı bir vaxtda İsrailin hərbi əməliyyatları ilə bağlı diqqətçəkən açıqlama verib.

Turkustan.az-ın məlumatına görə Tramp bildirib ki, İsrailin baş naziri Benyamin Netanyahuya İranın neft və qaz obyektlərinə hücumların dayandırılması ilə bağlı açıq xəbərdarlıq edib. Onun sözlərinə görə, bu mesajdan sonra belə zərbələr artıq həyata keçirilməyəcək.

ABŞ prezidenti həmçinin Vaşinqtonun İran əməliyyatı öncəsi müttəfiqləri niyə məlumatlandırmaması ilə bağlı sualı da cavablandırıb. Jurnalistin bu mövzudakı sualına Tramp qalmaqallı şəkildə reaksiya verərək bildirib:

“Biz sürpriz etmək istəyirdik – sürprizin nə olduğunu Yaponiyadan yaxşı kim bilər? Niyə mənə Perl-Harbor barədə danışmadınız?”

Bu ifadə beynəlxalq ictimaiyyətdə ciddi rezonans doğurub. Xüsusilə də Yaponiya ilə bağlı işlətdiyi müqayisə və Perl-Harbor hadisəsinə istinad siyasi dairələrdə müzakirə mövzusuna çevrilib. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ