Ququş XALQA SƏSLƏNDİ: "Gələn Novruzu azad İranda qeyd edəcəyik"


Azərbaycan mənşəli əfsanəvi iranlı müğənni Ququş bahar bayramı münasibətilə İran xalqına müraciət edib.

“İslam Respublikası təxminən 47 ildir ki, İran kimliyimizi silmək ümidi ilə sevimli Çərşənbə-suri (Novruz ərəfəsində qədim od bayramı) ənənələrimizi ləğv etmək üçün əlindən gələni edib. Lakin hər il bu cəhdləri boşa çıxıb.

Bu il isə hətta ən amansız repressiyalardan sonra belə, cəsur İran xalqı yenə də küçələrə çıxdı. İnsanlar ocaqların üzərindən atılaraq “Zərdi-ye mən əz toh, sorxi-ye toh əz mən” (Mənim solğunluğum sənə, sənin al rəngin mənə) sədaları səsləndiriblər.

Bu, bizim mövcud rejim dövründə qeyd etdiyimiz sonuncu bayram olacaq. Gələn il biz bu bayramı hamımız birlikdə azad İranımızda qeyd edəcəyik” - deyə Ququş bəyan edib.


MANŞET XƏBƏRLƏRİ