Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş ABŞ və İsraili "nəzarətdən çıxmaq, mülki əhaliyə böyük əzablar vermək və qlobal iqtisadiyyata təsir göstərmək riski daşıyan" müharibəyə son qoymağa çağırıb.
Turkustan.az xəbər verir ki, Quterreş və Avropa Şurasının prezidenti Antonio Kosta Brüsseldə Aİ Liderlər Zirvəsi çərçivəsində mətbuata açıqlamalar veriblər.
Quterreş ABŞ və İsrailin hücumları nəticəsində yaranan hadisələrin, xüsusən də ən az inkişaf etmiş ölkələr üçün faciəvi nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edərək dedi: "ABŞ və İsrailin nəzarətdən çıxmaq, mülki əhaliyə böyük əzablar vermək və qlobal iqtisadiyyata təsir göstərmək riski daşıyan müharibəyə son qoymasının vaxtıdır".
Quterreş və Avropa Şurasının prezidenti Antonio Kosta Brüsseldə Aİ Liderlər Zirvəsi çərçivəsində mətbuata açıqlamalar veriblər.
Aytən Yaşar/ Turkustan.az