Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-dan müharibənin dayandırılması ilə bağlı danışıqların yaxın zamanda bərpa oluna biləcəyinə dair müəyyən siqnallar aldıqlarını açıqlayıb.
Turkustan.az xəbər verir ki, Zelenski bu barədə Brüsseldə keçirilən Avropa İttifaqı liderlərinin zirvə toplantısına onlayn çıxışı zamanı danışıb. O, Ukraynanın Avropa İttifaqı ilə inteqrasiya istiqamətində atdığı addımlardan bəhs edərək vurğulayıb ki, Rusiya Ukraynanın Avropanın bir hissəsi olacağını artıq anlamalıdır və bu prosesi dayandırmaq mümkün deyil.
Prezident həmçinin Ukraynanın Aİ-yə üzvlüyü üçün konkret tarixin müəyyənləşdirilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, belə bir tarix təyin olunarsa, bu, Rusiyanın Ukraynanın üzvlüyünə mane ola bilməyəcəyini açıq şəkildə göstərəcək.
Aytən Yaşar/ Turkustan.az