Rusiya: Qiymətlər artarsa, yanacaq ixracını qadağan edə bilərik


Rusiyanın Energetika Nazirliyinin Neft və Qaz Qurğuları Departamentinin direktoru Anton Rubtsov Moskvada keçirilən tədbirdə ölkənin yanacaq siyasəti ilə bağlı açıqlama verib.

Turkustan.az xəbər verir ki, bildirib ki, Rusiya daxili yanacaq bazarında balansı qorumağa xüsusi önəm verir. Rubtsovun sözlərinə görə, yanacağın ixracı bəzən ölkə daxilində təchizat çatışmazlığı yarada bilər. Bu səbəbdən, əgər bazarda balans pozularsa, ixracın məhdudlaşdırılması və ya qadağan edilməsi ilə bağlı qərar operativ şəkildə qəbul edilə bilər.

Hazırda Rusiya benzin, dizel və bəzi digər yanacaq növlərinin ixracına qismən məhdudiyyət tətbiq edib. Bununla yanaşı, neft məhsulları istehsalçıları bu məhdudiyyətlərdən istisna olunur.

ABŞ və İsrailin İrana qarşı hücumları və İranın cavab tədbirləri qlobal ticarət üçün vacib tranzit yolu olan Hörmüz boğazında nəqliyyatın hərəkətində fasilələr və təchizat çatışmazlığı ilə bağlı narahatlıqlara səbəb olur və bu da enerji qiymətlərinin artmasına səbəb olur.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ