Azərbaycanlı İbad Hüseynov Rusiya-Ukrayna müharibəsində döyüş tapşırığını yerinə yetirərkən həlak olub.
Turkustan.az xəbər verir ki, bu barədə Orenburq vilayətinin Novotroitsk şəhər administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, iki uşaq atası İbad Hüseynov Novotroitskdə dəfn olunub.
İbad Hüseynov 1979-cu ildə Azərbaycanda anadan olub. Məktəbi bitirdikdən və hərbi xidməti başa vurduqdan sonra Novotroitskə köçüb, burada ailə qurub və iki uşağı var.
O, müqavilə əsasında Rusiya ordusu sırasında Ukraynadakı müharibəyə gedib.