Görüntülər Məkkədəndir! Göz-gözü görmür


Məkkə Regional Qubernatorluğunun sosial media hesabında paylaşılan görüntülərdə çoxlu sayda ziyarətçinin leysan yağış altında əllərini göyə qaldıraraq Kəbənin ətrafında təvaf etdiyi görünür.

Turkustan.az xəbər verir ki, "Məscidül-Haramdan yağış və dualar" ifadəsinin yer aldığı paylaşımda Ramazan ayının mənəvi atmosferi və yağışın bərəkəti vurğulanıb. Sosial mediada paylaşılan başqa bir videoda yağışın intensivliyi göstərilib. Müsəlmanlar güclü yağışa baxmayaraq dua etməyə davam ediblər.

Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Yəmən, Bəhreyn, Livan, Sudan, Fələstin və Küveyt 20 mart cümə gününü Ramazan bayramının ilk günü elan ediblər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ