Erməni məhsulu Azərbaycan marketlərinə gəlir. Belə ki, Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan jurnalistlərə bildirib ki, Ermənistan və Azərbaycan iş adamları Ermənistandan Azərbaycana tək bir məhsulun göndərilməsi ilə bağlı danışıqlar aparırlar.
Nazir qeyd edib ki, "Biz təklif irəli sürmüşük. Hazırda hər iki tərəfin biznesləri artıq danışıqlar aparır və müzakirələr aparır" deyə, nazir bildirib.
Papoyan sözügedən konkret məhsulu açıqlamayıb.
Bəs kimlər erməni məhsulu alacaq?
TV Musavat-ın əməkdaşları bu sualla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.
Hazırladığımız videosorğunu təqdim edirik: