İranın Hörmüz boğazından keçən gəmilərdən tranzit haqqı almaq üçün qayda hazırladığı bildirilir.
Turkustan.az xəbər verir ki, bu məsələ ilə bağlı qanun layihəsinin Parlamentə təqdim edilməsi planlaşdırılır.
Yarırəsmi ISNA xəbər agentliyinin parlament üzvünə istinadən verdiyi məlumata görə, Hörmüz boğazından keçidlə bağlı hərtərəfli qanun layihəsi hazırlanır. Qaydanın boğazdan istifadə ilə bağlı yeni qaydaların tətbiqi gözlənilir.
Layihəyə görə, "Hörmüz boğazı gəmi daşınması, enerji tranziti və ərzaq təhlükəsizliyi üçün təhlükəsiz marşrut kimi istifadə olunarsa, ölkələr İrana tranzit haqları və vergilər ödəmək məcburiyyətində qalacaqlar".
Bu qaydanın tətbiq olunacağı təqdirdə, beynəlxalq dəniz nəqliyyatı üçün əhəmiyyətli nəticələrə səbəb ola biləcəyinə inanılır.
İran lideri Ayətullah Müctəba Xameneinin müşaviri Məhəmməd Mühbir məsələ ilə bağlı bildirib ki, "Hörmüz boğazı üçün yeni bir sistem müəyyən edəcəyik".
Aytən Yaşar/ Turkustan.az