Bildirilib ki, Pakistanda meymun çiçəyi virusuna yoluxma hallarının sayı 6-ya yüksəlib.
Turkustan.az xəbər verir ki, Pakistan Səhiyyə Nazirliyindən verilən açıqlamada qeyd olunub ki, Xayber-Paxtunxva əyalətinin Dir rayonunda yaşayan və Yaxın Şərq ölkələrinin birindən bir müddət əvvəl qayıdan şəxsdə meymun (mpox) virusu aşkar edilib.
Bildirilib ki, bu şəxs Pişəvər hava limanında tibbi müayinənin nəticəsi müsbət çıxdıqdan sonra karantinə alınıb.
Pakistanda aşkarlanan 6 hadisənin ölkə xaricindən gələn şəxslərdə aşkarlandığı bildirilib.
Meymun çiçəyi virusu avqustun 14-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən "ictimai sağlamlıq üçün beynəlxalq narahatlıq doğuran fövqəladə vəziyyət" elan edilib.
Eltac Zülfüqaroğlu/Turkustan.az