44 günlük müharibədə əslində neçə erməni ölüb? – Sərksiyan qarşı çıxdı


“44 günlük müharibədə həlak olan şəxslərlə bağlı məlumatlar ictimaiyyətə tam açıqlanmayıb”.

Turkustan.az xəbər verir ki, bunu erməni jurnalist Voskan Sərkisyan deyib.

O, Ermənistan İstintaq Komitəsinin müharibədə 3 833 nəfərin həyatını itirdiyi barədə məlumatını xatırladıb. Bildirilib ki, onların 3 755-i hərbçi, 78-i isə mülki şəxs olub.

V.Sərkisyanın diqqət çəkdiyi digər məqam isə itkin düşmüş şəxslərlə bağlı statistikadır:

“İstintaq Komitəsinin məlumatına əsasən, hazırda 191 nəfərin taleyi barədə məlumat yoxdur. Onlardan 172 nəfərin hərbçi, 19 nəfərin isə mülki şəxs olduğu bildirilir.

Müharibədən altı il keçməsinə baxmayaraq, həlak olan şəxslərin ad və soyadları, doğum tarixləri, ölüm yerləri barədə tam siyahı ictimaiyyətə təqdim edilməyib. Məlumatlar niyə tam şəkildə açıqlanmır? Rəsmi statistikaya etibar etmirik”.

Qeyd edək ki, Ermənistan itkin və ölüləri də hesablamaqla 4024 nəfər ( 3 833 ölü + 191 itkin) itki verdiyini iddia edir. Lakin elə bu ölkədəki mənbələr rəqəmlərin 10 min civarında olduğunu bildirir. Məlumata görə, İrəvan ölən muzdluları və bir qisim hərbçiləri statistikaya daxil etməyib./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ