Türkiyə Xarici İşlər Nazirliyi Böyük Britaniya, Fransa və Kanada da daxil olmaqla 12 ölkənin Qərb Şəriyəsindəki qanunsuz İsrail yaşayış məntəqələri ilə ticarətin qadağan edilməsi qərarını dəstəklədiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, nazirliyin açıqlamasında bildirilib ki, qərar beynəlxalq hüquqa zidd hesab edilən İsrailin məskunlaşma fəaliyyətlərinə qarşı atılmış mühüm addımdır.
Bəyanatda Türkiyənin Fələstin ərazilərinin hüquqi statusunu dəyişdirməyə yönəlmiş cəhdlərə qarşı çıxmağa davam edəcəyi vurğulanıb.
Böyük Britaniya, Fransa, Kanada və bir sıra digər Avropa ölkələri daha əvvəl Qərb Şəriyəsində İsrailin məskunlaşma fəaliyyətlərinə qarşı məhdudiyyətlər və sanksiyaların tətbiq edilməsini gündəmə gətiriblər.
Aytən Yaşar/ Turkustan.az