Rusiya Ukraynada televiziya binasını vurdu


Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın ölkəsinə qarşı yeni hücumlar həyata keçirdiyini bildirib.

Turkustan.az xəbər verir ki, Zelenskinin sözlərinə görə, Rusiya ordusu gündüz saatlarında Ukraynanın “Mi-Ukrayna” televiziya kanalının binasına pilotsuz uçuş aparatı ilə zərbə endirib. Hücum zamanı jurnalistlər “United News” milli telemarafonu çərçivəsində canlı yayım həyata keçiriblər.

Ukrayna lideri bildirib ki, zərbə nəticəsində televiziya kanalının binası qismən dağılıb, beş nəfər yaralanıb.

Zelenski hadisə yerində müvafiq qrupların çalışdığını, Ukrayna Dövlət Təcili Yardım Xidmətinin əməkdaşlarının isə yaranan yanğını söndürdüyünü qeyd edib.

Rusiya tərəfindən media qurumlarının hədəfə alınmasını tənqid edən Zelenski televiziya kanallarına “Şahid” (“Shahed”) dronları ilə hücumları “Rusiyanın tənəzzülündə yeni bir fəsil” adlandırıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ