Moskva administrasiyası Rusiya, ABŞ və Ukrayna arasında böhranın həlli ilə bağlı danışıqların bərpa olunacağına ümid edir.
Turkustan.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya böhranın sülh yolu ilə həllində maraqlıdır və bu prosesə açıqdır.
Peskov Moskvada mətbuat konfransı zamanı sentyabrın 12-13-də Hindistanın paytaxtı Yeni Dehlidə keçiriləcək BRICS sammitindən əvvəl hindistanlı jurnalistlərə cari məsələlərlə bağlı açıqlamalar verib.
Kremlin sözçüsü ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Vitkoff və Cared Kuşnerin Moskva və Kiyevdə apardıqları danışıqlara da toxunub.
O bildirib ki, ABŞ nümayəndələri son günlər həm Moskva, həm də Kiyevdə danışıqlar apararaq tərəflərin mövqelərini bir-birinə çatdırırlar. Peskov bu prosesdə müəyyən irəliləyiş əldə olunacağına ümid etdiklərini və Rusiya, Ukrayna və ABŞ-ın iştirakı ilə üçtərəfli danışıqların yenidən başlamasını gözlədiklərini qeyd edib.
Aytən Yaşar/ Turkustan.az