Putin və Tramp telefonla danışdı


Kreml Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığının baş tutduğunu açıqlayıb.

Turkustan.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, telefon danışığı zamanı Putin Trampa Rusiyanın Avropaya qarşı heç bir düşmənçilik planının olmadığını deyib.

Peskov jurnalistlərə açıqlamasında ABŞ nümayəndələrinin Moskvaya səfəri və Rusiya-Amerika münasibətləri barədə danışıb. O qeyd edib ki, Putin və Tramp arasında telefon danışığında ABŞ nümayəndələrinin səfərinin də müzakirə olunması nəzərdə tutulub.

Peskov daha əvvəl Putinlə Tramp arasında telefon danışığının keçirilməsi ehtimalını istisna etmədiklərini bildirmişdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ