Ukrayna Prezidenti Vladimir Zelenski sentyabr ayında ABŞ Prezidenti Donald Trampla görüşməyi planlaşdırdığını və Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün təşkili istiqamətində işləri davam etdirəcəyini bildirib.
Turkustan.az xəbər verir ki, Zelenski bunu jurnalistlərlə söhbətində amerikalı nümayəndələrin Kiyevə səfərinin nəticələrini şərh edərkən deyib.
“İlk növbədə, ukraynalılar və ruslar arasında danışıqların dayandırılması istiqamətində göstərdiyi səylərə görə Amerika tərəfinə təşəkkür edirik. Bu səfər də bunun təsdiqidir”, - deyə Zelenski bildirib.
Ukrayna lideri həmçinin ölkənin ötən gecə Rusiyanın kütləvi hücumuna məruz qaldığını və nəticədə ölən və yaralananların olduğunu qeyd edib. O, həlak olanların yaxınlarına başsağlığı verib.
Zelenski görüş zamanı qışa hazırlıq paketi və ballistik raketlərə qarşı müdafiə sistemləri ilə bağlı Ukraynanın ehtiyaclarının da müzakirə edildiyini bildirib.
Aytən Yaşar/ Turkustan.az