Fransanın cənubundakı Kan-sür-Mer şəhərində yerləşən Renoir Muzeyindən ümumi dəyəri təxminən 9 milyon avro olan dörd rəsm əsəri oğurlanıb.
Turkustan.az xəbər verir ki, məlumata görə, oğrular qaçarkən əsərlərdən ikisini geridə qoyublar.
Kan-sür-Mer şəhərinin meri Brayan Masson sosial media hesabında bildirib ki, iki nəfər səhər saatlarında muzeyə daxil olaraq dörd sənət əsərini oğurlayıb.
Onun sözlərinə görə, muzeyin siqnalizasiya sistemi yerli vaxtla saat 05:48-də işə düşüb. Bələdiyyə polisi isə beş dəqiqə sonra hadisə yerinə çatıb.
Masson bildirib ki, təhlükəsizlik kameralarında görüntüləri qeydə alınan iki şübhəli şəxs hadisə yerindən qaçıb. Oğruların qaçarkən oğurladıqları rəsm əsərlərindən ikisini geridə qoyduqları qeyd edilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Aytən Yaşar/ Turkustan.az