Çindəki müəmmalı epidemiya Avropaya yayıldı


Çinin bəzi şəhərlərində, xüsusən də Pekində son həftələrdə artan tənəffüs yolu xəstəlikləri epidemiyası narahatlıq yaratmağa davam edir.Xüsusən də uşaqları təsir edən epidemiya Avropaya da yayılıb.

Turkustan.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının uzaqdan izlədiyi və Çin rəsmilərindən izahat gözlədiyi “sirli pnevmoniya epidemiyası” səbəbindən xəstəxanalar dolub.

Xüsusilə uşaqlara təsir edən pnevmoniya hallarında xəstələrin simptomları yüksək hərarət və öskürəkdən ibarətdir. Rayonda xəstəxanalar dolu olduğundan uşaqlar dəhlizlərdə müalicə olunurdu.

2019-cu ilin son həftələrində Çində ortaya çıxan koronavirus (Covid-19) daha sonra bütün dünyaya yayılaraq milyonlarla insanın ölümünə səbəb olub. Bəzi rəsmilər və ekspertlər Çinin Covid-19 haqqında beynəlxalq ictimaiyyəti gec məlumatlandırdığını söyləyərək Çin administrasiyasını günahlandırdılar.

Ötən həftələrdə Çində baş verən epidemiya Avropada da özünü göstərib. Son vaxtlar Hollandiyada xüsusilə uşaqlar arasında çox ciddi tənəffüs yolu xəstəlikləri epidemiyasının baş verdiyi açıqlanıb. Səlahiyyətlilər simptomların Çindəki uşaq xəstələrə bənzədiyini söyləyib.

Sözcü-nün xəbərinə görə; Hollandiyanın Utrext şəhərində xəstələnən uşaqların sayında artım olduğu bildirilib. Hollandiya səlahiyyətliləri 5-14 yaş arası uşaqların xəstələndiyini bildirdi. Hollandiyada səlahiyyətlilər tərəfindən paylaşılan məlumatlara görə, xəstəlik nisbəti keçən ilin eyni dövrü ilə müqayisədə iki dəfə artıb.

Hollandiya Sağlamlıq Araşdırmaları Xidməti İnstitutu (NIVEL) avqust ayından bəri pnevmoniya hallarında ciddi artım olduğunu açıqlayıb. Ağciyərlərdə iltihaba səbəb olan xəstəliyin bakterial və ya virus əsaslı olduğu açıqlanarkən, öskürək, nəfəs darlığı, yüksək hərarət kimi əlamətlərin olduğu qeyd edilib.

NIVEL-in məlumatına görə, 5-14 yaş arası hər 100 min uşaqdan 103-nün xəstələndiyi açıqlanıb. Bildirilib ki, ötən il bu rəqəm 58 olub. Səlahiyyətlilər bu kəskin artımla bağlı dəqiq izahat verməyiblər.

Digər tərəfdən, sosial şəbəkələrdə yayılan foto və videolarda Çinli məmurların xüsusi geyimlərdə küçələri və məktəbləri təmizlədiyi görünür. Görüntülərdə təmizlik işçiləri xüsusi sistem vasitəsilə təmizlik işləri aparır.

Digər tərəfdən, Çinin məşhur sosial media platformalarından biri olan Weibo-da yayımlanan görüntülərdə 700 xəstənin həkimə müraciət etmək üçün izdiham təşkil etdiyi görünür.

Xəstəxana rəsmiləri “Hörmətli valideynlər, hazırda çoxlu uşaqlar xəstədir. Buna görə sıxlıq yarana bilər. “Müalicə üçün 13 saat gözləyə bilərsiniz” xəbərdarlığı etdiyi bildirilib.

Eltac/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ