Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - FOTO


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka səfəri zamanı onu Türk Mədəniyyəti Evində qarşılayan vətəndaşlarla söhbət edib.

Turkustan.az “Anadolu” xəbər agentliyinə istinadla xəbər verir ki, izdiham arasında valideynləri ilə birgə prezidenti dörd saat yağış altında gözləyən körpəni görən Ərdoğan maneənin açılmasını istəyib və ailəni yaxınlaşmağa dəvət edib.

Uşaq böyük izdihamdan qorxub ağlamağa başlayanda prezident ona qızıl sikkə verib və valideynlərdən uşağı narahat etməmələrini istəyib.

Uşağın atası Muhammet Urker ailənin Almaniyadan gəldiyini bildirib və Ərdoğanla görüşü "təsvir edilə bilməyən çox təsirli bir an" kimi təsvir edib./publika.az


MANŞET XƏBƏRLƏRİ