Bu gün Ramiz Mehdiyevin məhkəməsi başlayır -VİDEO


Bu gün Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin məhkəməsi başlayır.

Turkustan.az xəbər verir ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrliyi ilə baxılacaq.

Məlumata görə, iş üzrə ittiham aktında Ramiz Mehdiyevin sabiq köməkçisi Eldar Əmirov da təqsirləndirilən şəxs qismində yer alıb.

Onun da cinayət işinə də Ramiz Mehdiyevin işi ilə birlikdə baxılacaq.

Məlumatda o da qeyd olunur ki, Ramiz Mehdiyevin oğlu Timur Mehdiyev və kürəkəni İlham Əliyevin adları cinayət işində şahid qismində yer alıb. Onların da məhkəmədə ifadəsi dinləniləcək.

Qeyd edək ki, əldə olunan daha bir məlumatda AXCP sədri Əli Kərlimlinin cinayət işinin Ramiz Mehdiyevin işindən ayrıldığı deyilir.

Hazırda Əli Kərimli ilə bağlı istintaq hərəkətləri davam etdirilir./lent.az


MANŞET XƏBƏRLƏRİ