Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Turkustan.az xəbər verir ki, proses hakim Murad Aslanovun sədrliyi ilə keçirilib.
Məhkəmənin qərarı ilə cinayət işi məhkəmə baxışına verilib.
Növbəti məhkəmə iclası oktyabrın 5-ə təyin olunub.
Qeyd edək ki, Ramiz Mehdiyev barəsində Dövlət Təhlükəsizliyi Xidmətində 2025-ci ilin oktyabr ayında cinayət işi açılıb. Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 274 (dövlətə xəyanət) və 278.1-ci maddələri ilə ittiham edilir./modern.az