Azərbaycana vaxtı keçmiş dərmanlar satılır? – AÇIQLAMA


Son zamanlar sosial şəbəkələrdə Azərbaycana vaxtı keçmiş dərmanların gətirildiyinə dair iddialar yer alır.

Pravda.az-a açıqlama verən professor Adil Qeybulla deyib ki, bu, kriminal haldır.

Adil Qeybulla:

A.Qeybullanın sözlərinə görə, bunu iddia edənlər gərək ortaya sübut qoysunlar: “Əlbəttə ki, belə hal varsa, bunu edənlər ciddi şəkildə hüquqi məsuliyyət daşıyırlar. Xaricdə dərman preparatları vaxtından bir-iki ay qabaq artıq utilizasiya olunur. Satışdan çıxarılır və istifadəsinə icazə verilmir. Vaxtı keçmiş dərmanlar ümumiyyətlə istifadə oluna bilməz. Ən azından onların təsir effektinin enməsi baxımından doğru deyil. Hələ onların toksikliyi və digər məsələlər də var. Ona görə belə fakt varsa ortaya qoyulmalıdır”.


MANŞET XƏBƏRLƏRİ