Qadınlara adları ilə müraciət etmək qadağan edildi – Şok qərar


Əfqanıstanın Bəlx vilayətində “Taliban” hərəkatı tibb işçilərinə və dövlət qulluqçularına qadınlara adları ilə deyil, “Bibi” sözü ilə müraciət etməyi tapşırıb. Bu söz “nənə” və ya “qoca qadın” mənasını verir.

Turkustan.az xəbər verir ki, Almaniyada yaşayan əfqan fəal Lalə Osmani bildirib ki, Taliban qadın adlarının əvəzinə “keçi” və ya “inək” kimi sözlərdən istifadə etməyi də göstəriş verib.

“Bu, mühafizəkar ənənənin sərhədlərini çoxdan aşır. Söhbət sistemli şəkildə insanlıqdan məhrumetmə prosesindən gedir”, – deyə fəal bildirib.

Onun fikrincə, bu cür tədbirlər qadınları fərdilikdən və insan ləyaqətindən məhrum etməyə yönəlib./Bizim.Media


MANŞET XƏBƏRLƏRİ