İspaniyada seçicilər mənzil böhranı, immiqrasiya və korrupsiya qalmaqallarının gündəmin əsas mövzularına çevrildiyi bir vaxtda sabah erkən ümumi seçkilərdə səs verəcəklər.
Turkustan.az xəbər verir ki, son sorğular Baş nazir Pedro Sançezin səkkiz illik hakimiyyətinin sona çatmaq üzrə olduğunu göstərir.
Təxminən 38,7 milyon seçicinin iştirak edəcəyi seçkilərdə Deputatlar Palatasının 350 üzvü və Senatın 208 üzvü müəyyənləşəcək. Son aylarda daha da dərinləşən mənzil böhranı, immiqrasiya məsələsi və korrupsiya qalmaqalları seçki kampaniyasının əsas müzakirə mövzuları olub.
Səsvermə Türkiyə vaxtı ilə saat 11:00-da başlayacaq və 22:00-da başa çatacaq. Seçkilərin ilkin nəticələrinin əsasən gecə yarısına qədər bəlli olacağı gözlənilir.
Aytən Yaşar/ Turkustan.az