Braziliyada prezident seçkilərində Luiz İnasio Lula da Silvaya uduzduqdan sonra ABŞ-a qaçan sağçı senator Flavio Bolsonaro özünü “Braziliya lideri” adlandırıb.
Turkustan.az xəbər verir ki, ABŞ-ın Mayami şəhərinə gedən Bolsonaro “X” sosial media platformasında paylaşdığı məktubda əvvəlcə özünü “əsl seçilmiş prezident” elan edib. Lakin paylaşımı silməzdən əvvəl mətni dəyişdirərək “Braziliya lideri” ifadəsini işlədib.
Bolsonaro məktubunda beynəlxalq müttəfiqlərinə minnətdarlığını bildirib və ölkəsindən ayrıldığı müddətdə ona dəstək göstərən dövlət başçılarının adlarını açıqlayıb.
O, müraciətində Argentina Prezidenti Xavyer Milyeyə və ABŞ Prezidenti Donald Trampa təşəkkür edib:
“Son günlərdə mənə göstərdikləri dəstəyə görə Argentina Prezidenti Xavyer Milyeyə və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa təşəkkür etmək istəyirəm. Bu dəstək əvvəlcə Braziliyadan ayrıldığım zaman, sonra isə qardaşım Eduardonun da yaşadığı ABŞ-a gəldiyim zaman çox vacib idi. Bura azadlıqlar diyarı və ölkəmdəki yaxşı insanlarla eyni dəyərləri bölüşən qardaşlar diyarıdır. Prezident Tramp söz azadlığının böyük müdafiəçisidir”.
Aytən Yaşar/Turkustan.az